Logo

Premyer Liqa: "Qəbələ" "Səbail"i məğlub edərək ikinci pilləyə yüksəldi

Premyer Liqa: "Qəbələ" "Səbail"i məğlub edərək ikinci pilləyə yüksəldi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Sfera.az xəbər verir ki, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.

Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. 90+5-ci dəqiqədə Məqsəd İsayev fərqi iki topa çatdırıb.

56-cı diqəqədə paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləyə yüksəlib. 9 xala malik "dənizçilər" isə 7-ci sıradadır.

Qeyd edək ki, tura bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR