Böyük Dəbilqə: Hidayət Heydərov bürünc medal qazandı
Kateqoriya məlum deyil
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
Sfera.az-ın məlumatına görə, 73 kq-da yer alan idmançının rəqibi almaniyalı Lukas Vennekold olub.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Heydərov 3-cü yeri tutub.
Qeyd edək ki, 81 kq-da Elcan Hacıyev və Hasil Cəfərov 3-cü yer uğrunda mübarizə aparacaq.






