Logo

"Əl Sədd" Xavinin "Barselona"-ya keçidinə razılıq verdi

"Əl Sədd" Xavinin "Barselona"-ya keçidinə razılıq verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qətərin "Əl Sədd" klubu baş məşqçi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçməsinə razılıq verib.

Sfera.az xəbər verir ki, bu barədə "Əl Sədd"in baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğini ödədikdən sonra 41 yaşlı mütəxəssisin gedişinə icazə verilib: "Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Xavi "Əl-Sədd" tarixinin mühüm hissəsidir, ona gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR