Logo

"Nyukasl" klubunun yeni baş məşqçisi MƏLUM OLDU

"Nyukasl" klubunun yeni baş məşqçisi MƏLUM OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisi bəlli olub.

Sfera.az  xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi bu vəzifəyə Eddi Haunu təyin edib. Hazırda münasibətlərin rəsmiləşdirilməsi istiqamətində müvafiq sənədlər hazırlanır.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Anlaşmanın maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, "Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. Hazırda "sağsağanlar" 4 xalla turnir cədvəlində 19-cu pilləni tutur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR