Logo

Lüksemburq yığması Azərbaycanla oyundan əvvəl itki ilə üzləşdi

Lüksemburq yığması Azərbaycanla oyundan əvvəl itki ilə üzləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lüksemburq yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

Sfera.az  "Wort.lu" nəşrinə istinadən xəbər verir ki, Lars Jerson zədə səbəbindən bir neçə həftəlik sıradan çıxıb.

Norveçin "Brann" klubunda çıxış edən 31 yaşlı mərkəz müdafiəçisi "Vikinq"lə çempionat oyununda xəsarət alıb. Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Azərbaycan və İrlandiya ilə görüşlərdə Jersonun xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR