Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçildi
Kateqoriya məlum deyil
İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.
Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.
Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.
Ronaldu "Mançester Yunayted"in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.






