Ronaldo fanatlarına daha bir bəd xəbər
14:13 / 12.07.2016
2574
AÇ-2016-nın final qarşılaşmasında dizindən zədələnən Portuqaliya millisinin və "Real”ın hücumçusu Kriştiano Ronaldo Avropa Superkuboku uğrunda oyunu buraxacaq.
Publika.az xəbər verir ki, avqustun 9-da "Sevilya” ilə qarşılaşmada onun "Real”a kömək etməyəcəyi dəqiqləşib. Adətən belə zədələrdən sonra bərpa prosesinin 6-8 həftə çəkdiyi söylənilir. "Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da komandanın aparıcı üzvünün sağlamlığını riskə atmağı düşünmür.