Logo

Azərbaycan millisinin iki cüdoçusu hərbi xidmətə çağırıldı

Azərbaycan millisinin iki cüdoçusu hərbi xidmətə çağırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan milli komandasının cüdoçuları Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) hərbi xidmətə çağırılıb.

Sfera.az bildirir ki, bu barədə yığmanın baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.

Mirəliyev hər iki idmançının bu səbəbdən Bakıdakı Böyük Dəbilqədə iştirak etməyəcəyini bildirib: "Kəramət əsgərlik səbəbindən məşqlərə çox qatıla bilmir. Ara-sıra hazırlıqlara gəlir. Hazırda bu məsələsi ilə məşğuldur. 1-2 günə xidmətə yollanacaq. Mərkəzi Ordu İdman Klubunda olacaq, daha sonra bizimlə məşqlərə qoşulaacaq".

Mütəxəssis Murad Fətiyevin də eyni səbəbdən yarışda iştirak etməyəcəyini söyləyib: "O, artıq əsgərlikdədir. Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində xidmət edir. O da Hüseynov kimi sonradan məşqlərə qatılacaq".

Qeyd edək ki, Bakıdakı Böyük Dəbilqə 5 - 7 noyabrda keçiriləcək.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR