Ronald Kuman "Barselona"dan qovuldu - RƏSMİ
Kateqoriya məlum deyil
Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsindən azad olunub.
Sfera.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.
Bu qərar Kataloniya komandasının İspaniya çempionatında "Rayo Valyekano"ya uduzmasından (0:1) sonra verilib.
R.Kuman "Barselona"nın oyunçuları və heyəti ilə oktyabrın 28-də vidalaşacaq.






