Logo

“Sabah” “Sumqayıt”a, “Zirə” “Neftçi”yə qarşı

“Sabah” “Sumqayıt”a, “Zirə” “Neftçi”yə qarşı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start veriləcək. Sfera.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Sabah” doğma meydanda "Sumqayıt”la qarşılaşacaq. Bir neçə gün əvvəl baş məşqçi Ramin Quliyevlə yollarını ayıran "Sabah”ı bu matça Quliyevin köməkçisi İlkin Hüseynov çıxaracaq. "Sabah” bu mövsüm çempionatda qələbə qazana bilməyib və 1 xalla sonuncu sıradadır.

Günün digər matçı son çempion "Neftçi” ilə "Zirə” arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası

8-ci tur

23 oktyabr

"Sabah” - "Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov.

Masazır. "Bank Respublika Arena”, 16:00.

"Neftçi” - "Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov.

Bakı. "Bakcell Arena”, 18:15.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR