Logo

“Barselona” UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı

“Barselona” UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha iki qarşılaşması keçirilib.

Sfera.az xəbər verir ki, E qrupunda yer alan, iki turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniyanın "Barselona" klubu Ukraynanın "Dinamo Kiyev” komandasını qəbul edib.

"Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Kataloniya təmsilçisinin yeganə qoluna 36-cı dəqiqədə Jerar Pike imza atıb.

Qeyd edək ki, bu "Barselona”nın cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu ilk topudur. Bu qrupun digər görüşü - "Benfika” (Portuqaliya) - "Bavariya” (Almaniya) arasında oynanılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR