Millimiz Ermənistan yığmasına qalib gəldi
Kateqoriya məlum deyil
Xorvatiyanın Zaqreb şəhərində stolüstü tennis üzrə yeniyetmələr və gənclərin Avropa çempionatına start verilib.
Sfera.az saytının məlumatına görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.
İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.
Lent.az //
Sfera.az






