Logo

AFFA: Mahir Emrelidə hansısa simptom yoxdur

AFFA: Mahir Emrelidə hansısa simptom yoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusa yoluxmuş Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumu açıqlanıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla  açıqlamasında 24 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu bildirib.

"Mahirin hansısa simptomu yoxdur. Yığma komanda artıq dünən test verib, əlavə testə ehtiyac yoxdur" deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR