Logo

Millətlər Liqası: İtaliya yığması 3-cü yeri tutub

Millətlər Liqası: İtaliya yığması 3-cü yeri tutub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.

Sfera.az-ın məlumatına görə, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.

Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR