Logo

UEFA erməni bayrağı açılan oyunla bağlı qərar verəcək

UEFA erməni bayrağı açılan oyunla bağlı qərar verəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA "Qalatasaray”-Marsel” oyunundan sonra baş verən insidentlə bağlı intizam işi açıb.

Sfera.az xəbər verir ki, UEFA İntizam Komitəsi hadisə ilə bağlı görüntüləri izləyib və lazımi materialları toplayıb.

Fakt oktyabrın 18-dək təhlil olunacaq, oktyabrın 22-də isə qərar veriləcək.

Dörd polisin yaralandığı, yeddi nəfərin saxlanıldığı hadisələrlə əlaqədar UEFA-nın həm "Qalatasaray”I, həm də Marsel”I cəzalandıracağı gözlənilir.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Marsel” - "Qalatasaray” matçında ara qarışıb. "Marsel” tərəfdarları yunan və erməni bayrağı açıblar, eləcə də, səs bombaları atıblar. Bundan sonra "Qalatasaray” tərəfdarları ilə insident yaşanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR