Logo

İrlandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda çətinlik çəkəcəyik"

İrlandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda çətinlik çəkəcəyik"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rəqibi dərindən təhlil etməyə çalışmırıq. Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz".

Sfera.az-ın məlumatına görə, bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Extra.ie" saytına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis Serbiya yığmasının da III turda Azərbaycan səfərində çətinliklə üzləşdiyini xatırladıb: "Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Qələbə qazanmaq istəyirik və buna nail olacağımıza da inanıram".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Serbiya millisi eyni arenada 2:1 hesablı qələbə qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR