Almaniyalı modeli zorlayan milli futbolçumuz danışdı
İdman
20:00 / 02.07.2016
3145
Azərbaycan millisinin üzvü Pərdis Fərcad-Azadın almaniyalı model Gina-Liza Lohfinklə seks qalmaqalı bir müddətdi müzakirə mövzusudur. 28 yaşlı futbolçunun onu zorladığını deyən Lohfink məhkəməyə müraciət etmişdi. 4 ildi uzanan məhkəmə prosesi avqustun 8-də yekunlaşacaq.
Qarşı tərəf
bu barədə mətbuata açıqlamalar versə də, millimizin üzvü heç bir açıqlama verməmişdi.
Bu gün isə hücumçu bunları deyib: "Bu barədə danışmaq istəmirəm. Bəli, məhkəmə
onu cəzalandırdı. 4 il qabaq olan bir şeydi. Bilmirəm niyə belə oldu? Mən
"İnter” kimi kluba keçəndən sonra məsələ ortaya atıldı. Bəlkə kimsə mənim
pisliyimi istəyir”.
O, model
xanımla videosunun necə yayıldığını da bilmədiyini sözlərinə əlavə edib:
"Açığı, bilmirəm. Özüm də pis oldum”.
Milli
üzvü həmin hadisənin gündəmə gəlməsindən sonra komanda yoldaşlarının ona bu barədə
nəsə deyib-deməməsini də aydınlaşdırdı: "Bizdə belə şeylər danışılmır”.
Qeyd edək
ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad
və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi.
Bir neçə gün öncə isə qarşı tərəfə böhtan atdığı üçün Lohfinki 27 min dollar cərimələyən
Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada hallanan Sebastian adlı
digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların
Lohfinklə seks zamanı video çəkmələri və onu internetdə yaymaları göstərilmişdi.