Logo

AÇ-2016: UEFA daha bir oyunu nəzarətə götürdü

AÇ-2016: UEFA daha bir oyunu nəzarətə götürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA AÇ-2016-nın 1/4 final mərhələsində keçirilən Polşa – Portuqaliya oyunu ilə bağlı intizam işi açıb.

Sfera.az xəbər verir ki, Polşa tərəfi azarkeşlərin meydana pirotexniki maddələr atmasında və oyunun başlamasını gecikdirməkdə ittiham olunur. Portuqaliya tərəfi isə azarkeşlərin pirotexniki vasitələrin istifadəsinə və oyun zamanı azarkeşin meydana daxil olmasına görə məsuliyyət daşıyır.

İyulun 22-də intizam işi ilə bağlı yekun qərar çıxarılacaq.

Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib penalti seriyasında daha dəqiq oynayan Portuqaliya millisi olub (5:3).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR