Logo

Məşhur futbolçu federasiya prezidenti olmaq istəyir

Məşhur futbolçu federasiya prezidenti olmaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötənlərin məşhur hücumçusu Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti olmaq istəyir.

Sfera.az-ın məlumatına görə, 40 yaşlı hücumçu bu barədə şəxsi tvitter hesabında bildirib.

Seçkilərə qatılacağını deyən Kamerun millisinin sabiq üzvü ölkəsinə olan sevgisindən və futbola ehtirası səbəbindən belə qərar qəbul etdiyini söyləyib: "Zaman tükənmək üzrədir, gözləmək seçim deyil. Futbolumuzu bərpa etməyin vaxtı gəlib".

Qeyd edək ki, Samuel Eto O karyerası ərzində İspaniyanın "Barselona", "Real Madrid" və "Malyorka", İngiltərənin "Çelsi", İtaliyanın "İnter", Rusiyanın "Anji" və Türkiyənin "Konyaspor" kimi komandalarında çıxış edib. Daha əvvəl Dimitar Berbatov Bolqarıstan Futbol Federasiyasının prezidenti vəzifəsinə namizəd olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR