Logo

Heç bir oyunu uduzmayan baş məşqçini göndərib onu gətirdilər

Heç bir oyunu uduzmayan baş məşqçini göndərib onu gətirdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Misir millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sfera.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Karlos Keyroş çalışdıracaq.

Bu barədə Misir Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis bu vəzifədə Hossam Əl-Badrini əvəzləyib. Maraqlıdır ki, milli komanda sözügedən mütəxəssisin rəhbərliyi altında heç bir oyunda uduzmayıb – 5 qələbə, 4 heç-heçə. Yığma DÇ-2022-nin seçmə mərhələsində ilk 2 turdan sonra 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Karlos Keyroş daha əvvəl Portuqaliya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, İran və Kolumbiya yığmalarına, həmçinin ölkəsində "Sportinq”, İspaniyada "Real” kimi komandalara başçılıq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR