Çimərlik futbolu üzrə Azərbaycan millisinin reytinqi AÇIQLANDI
Kateqoriya məlum deyil
Çimərlik futbolu üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Sfera.az xəbər verir ki, Azərbaycan yığması 393 xalla dünya sıralamasında 27-ci, Avropa zonasında isə 10-cu pillədə qərarlaşıb.
Siyahıya dünya çempionatının qalibi Rusiya (4249) başçılıq edir. Portuqaliya 3279 xalla ikinci, Braziliya isə 3225 xalla üçüncüdür.






