Logo

"Qarabağ" - "Bazel" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

"Qarabağ" - "Bazel" oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Sfera.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR