Milli komandanın üzvü üzr istədi - FOTO

İdman
08:18 / 08.09.2021
1559
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sfera.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına 3:0 hesabı ilə məğlub olub.
Matçdan sonra məğlubiyyətə görə yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyev azarkeşlərdən üzr istəyib.
Millinin üzvü İnstaqram səhifəsində bunları yazıb: "Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".
//