Logo

Fernando Santoş: "Azərbaycan millisinin yaxşı baş məşqçisi var"

Fernando Santoş: "Azərbaycan millisinin yaxşı baş məşqçisi var"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar".

Sfera.az-ın məlumatına görə, bunu futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi müdafiədə yaxşı oynayır: "Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq".a

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR