Logo

I MDB Oyunlarının açılış mərasimi keçirildi

I MDB Oyunlarının açılış mərasimi keçirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb.

İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu və artıq MDB Oyunlarında qızıl medal qazanmış yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) olub. Daha sonra qalan ölkələr səhnə alıblar.

Ardınca rəsmi hissə start götürüb. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunduqdan sonra Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov yarış iştirakçılarını salamlayıb.

Qeyd edək ki, I MDB Oyunları sentyabrın 11-dək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR