Logo

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək.

Sfera.az xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb.

La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayıb. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR