Logo

Azərbaycan millisinin baş məşqçisi gedir - BU TARİXDƏ

Azərbaycan millisinin baş məşqçisi gedir - BU TARİXDƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Canni de Byazi DÇ-2022-nin seçmə mərhələ oyunlarından sonra Azərbaycan millisini tərk edəcək.

Sfera.az xəbər verir ki, bu barədə iddianı İrlandiya mətbuatı ortaya atıb.

Seçmə mərhələ çərçivəsində bu gün üz-üzə gələcəkləri Azərbaycan yığmasını dəyərləndirən irlandlar italiyalı mütəxəssisin bu ilin sonunda yola salınacağını yazıb. Buna səbəb kimi isə de Byazinin Albaniya yığmasından fərqli, Azərbaycan millisində uğursuzluğa düçar olması göstərilib: "İtaliyalı çalışdırıcı Albaniya xalqının ona bəxş etdiyi sevgini Azərbaycanda görmədən oranı tərk edəcək. Çünki artıq səbirləri tükənməkdədir”.

Qeyd edək ki, seçmə mərhələnin ilk 3 oyunundan sonra xal üzünə həsrət qalan millimiz bu gün İrlandiya ilə səfərdə, sentyabrın 7-də isə Portuqaliya ilə evdə qarşılaşacaq. // Apasport.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR