Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi aldı - VİDEO
Kateqoriya məlum deyil
"Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.
Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.






