Logo

DÇ-2022: Azərbaycan millisi Lüksemburqa qarşı

DÇ-2022: Azərbaycan millisi Lüksemburqa qarşı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

Bu kollektivlər arasında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Azərbaycan millisi səfərdə rəqibinə uduzmayıb.

Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya evdə İrlandiya ilə qarşılaşacaq.

DÇ-2022

Seçmə mərhələ

A qrupu

1 sentyabr

22.45 Lüksemburq - Azərbaycan

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Admir Şehoviç (Bosniya və Herseqovina).

Lüksemburq stadionu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR