Logo

Tokio-2020: Azərbaycanın 3 paralimpiyaçısı qüvvəsini sınayacaq

Tokio-2020: Azərbaycanın 3 paralimpiyaçısı qüvvəsini sınayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Azərbaycanın 3 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Sfera.az-ın məlumatına görə, qadınların 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında Dana Şandıbina, kişilərdə isə Vəli İsrafilov qüvvəsini sınayacaq. Şandıbina Bakı vaxtı ilə saat 05:40-da təsnifatda, İsrafilov isə 06:03-də final mərhələsində mübarizəyə start verəcək.

Son olaraq para-atlet Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 15:12-də start xəttinə yaxınlaşacaq.

Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR