Logo

Ronaldu "Yuventus" azarkeşləri ilə vidalaşdı

Ronaldu "Yuventus" azarkeşləri ilə vidalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İngiltərənin "Mançester Yunayted" klubu ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliya "Yuventus"unun azarkeşləri ilə vidalaşıb.

Sfera.az-ın məlumatına görə, 36 yaşlı hücumçu bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün İtaliyanın ən böyük və ən möhtəşəm klubunu tərk edirəm. "Yuventus"la çıxdığım hər oyunda bütün gücümü ortaya qoymuşam və Turinə aşıq olmuşam. Azarkeşlər hər zaman mənə hörmət ediblər. Mən də meydanda apardığım mübarizə ilə onlara təşəkkür etməyə çalışmışam. Geriyə baxanda böyük uğurlar qazandığımızı demək olar. Bəlkə də bunlar istədiklərimizin hamısı deyil, amma birlikdə gözəl tarix yazmışıq. Əbədi olaraq, sizlərdən biri kimi qalacağam. Siz mənim tariximin bir parçası oldunuz. İtaliya, "Yuventus", Turin, fanatlar, hər zaman qəlbimdə qalacaqsınız", - Ronaldu yazıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR