Logo

Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atılıb

Çempionlar Liqası: Qrup mərhələsinin püşkü atılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Sfera.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə səbətlərdən komandaları İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçuları Maykl Essyen və Branislav İvanoviç çıxarıb.

Püşk nəticəsində Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyanın "Sportinq", Almaniyanın "Borussiya" (Dortmund) və Niderlandın "Ayaks" klublarına rəqib olub.

Beləliklə, qrupların tərkibi belə müəyyənləşib:

A qrupu: "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)

B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)

C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)

D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)

E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)

F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)

G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)

H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)

Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR