Messidən gözlənilməz qərar - karyerasını bitirdi

Messidən gözlənilməz qərar - karyerasını bitirdi
Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Anspress-in məlumatına görə, Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyunun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.

Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.


"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə 29 yaşlı hücumçu bildirib.

Finalda məğlubiyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu "Barselona”nın uğurları haqda çalışacağını bildirib.

 Messi "Barselona"nı bu kluba dəyişir Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi. Nyu-York yaxınlığında yerləşən "Metlife" stadionunda keçirilən final matçını 82 min azarkeş izləyib.

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...