Logo

"Qarabağ"ın səfər proqramı bəlli oldu

"Qarabağ"ın səfər proqramı bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanacaq.

Sfera.az-ın məlumatına görə, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 24-ü yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. "Köhlən atlar"ın son məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı "Pittodri” stadionunda baş tutacaq.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR