Logo

"Qarabağ" və "Neftçi"nin növbəti oyunlarının vaxtı məlum oldu

"Qarabağ" və "Neftçi"nin növbəti oyunlarının vaxtı məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" və "Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb.

Sfera.az xəbər verir ki, Avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" (Şotlandiya) matçı saat 20:00-da başlayacaq. Komandalar arasında avqustun 26-da oynanılacaq cavab oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Avqustun 19-da "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edəcək "Neftçi"nin oyunu saat 21:00-da başlayacaq. Bir həftə sonra Hayfada keçiriləcək cavab qarşılaşmasının start fiti də 21:00-da veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR