Logo

Riberi "Bavariya"ya qayıda bilər

Riberi "Bavariya"ya qayıda bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İtaliyanın "Fiorentina" klubundan ayrılan Frank Riberi yenidən karyerasını Almaniya "Bavariya"sında davam etdirə bilər.

Sfera.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi hazırda Münhendə fərdi məşqlər edir və karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdə keçirir.

"Bavariya"nın İdarə Heyətinin sədri sədri Oliver Kan və fəxri prezident Uli Hönnes fransalı oyunçunun kluba qayıtmasını istəyir.

Qeyd edək ki, Frank Riberi 2007 - 2019-cu illərdə "Bavariya"nın formasını geyinib. O, Münhen təmsilçisinin heyətində 8 Almaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR