Logo

Tokio-2020: Azərbaycan karateçisi ikinci qələbəsini qazandı

Tokio-2020: Azərbaycan karateçisi ikinci qələbəsini qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Sfera.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 3:2 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasını Sofya Berultseva (Qazaxıstan) ilə keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

*** 10:00
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Sfera.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ilk görüşündə yaponiyalı Ayumi Uekusa ilə üz-üzə gəlib.

Zaretska rəqibinə 4:1 hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü Silviya Semeraroya (İtaliya) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR