Logo

Tokio-2020: Qadınların basketbol turnirində yarımfinalçılar bəlli oldu

Tokio-2020: Qadınların basketbol turnirində yarımfinalçılar bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında basketbol turnirinin yarımfinalçıları müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, Serbiya, ABŞ, Yaponiya və Fransa yığmaları bu raunda vəsiqə qazanıblar.

Serbiya millisi 1/4 finalda Çini 77:70 hesabı ilə məğlub edib. ABŞ basketbolçuları Avstraliyadan üstün olublar - 79:55. Yaponiya Belçikaya 86:85, Fransa isə İspaniyaya 67:64 hesabı ilə qalib gəlib.

Beləliklə, yarımfinalda Serbiya yığması ABŞ-la, Yaponiya isə Fransa ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 6-da keçiriləcək.

Qeyd edək ki, 2016-cı il Rio olimpiadasında ABŞ seçməsi qızıl, İspaniya gümüş, Serbiya isə bürünc medala sahib çıxıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR