Logo

Azərbaycanın UEFA reytinqindəki mövqeyini qorudu

Azərbaycanın UEFA reytinqindəki mövqeyini qorudu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avrokuboklarda III təsnifat mərhələsinin ilk 10 oyunundan sonra UEFA reytinqi açıqlanıb.

Sfera.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan 13,750 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

"Neftçi"nin Bakıda Finlandiya HİK-i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında 2:2 hesablı heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb.

Sloveniya (14,125) 28-ci, Polşa isə (13,500) 30-cu yerdədir.

Siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Zeynəb

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR