Logo

Abbasov 1/8 finalda kubalı güləşçiyə rəqib oldu

Abbasov 1/8 finalda kubalı güləşçiyə rəqib oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabahdan Olimpiadada güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

Güləş Federasiyasından Sfera.az-a verilən məlumata görə bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib. 87 kq çəki dərəcəsində mübarizə aparacaq yunan-Roma güləşçimiz İslam Abbasov ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.

87 kq-ın görüşləri C xalçasında keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR