Logo

"Xalqımızın gözü güləşçilərdədir" - Hacı Əliyev

"Xalqımızın gözü güləşçilərdədir" - Hacı Əliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Bütün xalqımızın, millətimizin gözü güləşçilərdədir. Həmişə güləşçilər axıra qalır və gözəl nəticə göstərirlər".

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

3 qat dünya və 3 qat Avropa çempionu yenə olimpiadada uğurla çıxış edəcəklərinə inam ifadə edib: "Olimpiadaya tam heyətlə yollanmasaq da, güclü idmançılarla qatılırıq. Məncə, gözəl nəticə göstərəcəyik. Çünki həqiqətən də çox yaxşı məşqlər etmişik, böyük əziyyət çəkmişik. İnanıram ki, çəkdiyimiz əziyyət yerdə qalmayacaq".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 iyulda olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR