Logo

Cüdoçularımızdan Tokio-2020-də uğursuz start

Cüdoçularımızdan Tokio-2020-də uğursuz start
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib.

Sfera.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov yarışa qələbə ilə başlayıb.

Təmsilçimiz 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenzi ilə qarşılaşıb və rəqibini məğlub edib. Kəramət 1/8 finalda Gürcüstan təmsilçisi Luxumi Çxvimiani ilə üz-üzə gələcək.

Qadınlarında yarışında isə Aişə Qurbanlı (48 kq) ilk görüşdəcə mübarizəni dayandırıb. O, 1/16 finalda portuqaliyalı Katarina Koştaya uduzub.

***

Kəramət Hüseynov 1/8 finalda gürcü rəqibinə ipponla məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR