Logo

Millimiz dünya çempionatına bu idmançılarla yollanacaq

Millimiz dünya çempionatına bu idmançılarla yollanacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.

Sfera.az xəbər verir ki, mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi təmsil edəcək millimiz bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.

DÇ-də beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR