“Neftçi” azarkeşlərinə müraciət etdi
Sfera.az xəbər verir ki, bu barədə "Neftçi” PFK-nın Mətbuat xidməti məlumat yayıb.
""Neftçi” PFK olaraq uzun fasilədən sonra yenidən azarkeşlərimizlə görüşəcəyimizə görə çox sevinirik və həmin günü səbirsizliklə gözləyirik. Yaxın günlərdə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da keçiriləcək Tbilisinin "Dinamo” klubu ilə oyunun biletləri satışa çıxarılacaq və bu haqda ətraflı məlumat paylaşılacaq.
AFFA tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar klubumuza göndərilib, rəhbərlik azarkeşlərin tribunalara qayıtması üçün bütün öhdəlik və məsuliyyəti öz üzərinə götürüb. Bununla əlaqədar, xahiş edirik ki, oyunda iştirak edəcək hər kəs stadiona daxil olarkən, oyun zamanı və oradan çıxarkən tətbiq olunacaq pandemiya qaydalarına əməl etsinlər”, - deyə məlumatda qeyd edilib.






