Logo

Türk futbolçu “Barselona”da

Türk futbolçu “Barselona”da
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Barselona” "Rapid”in (Vyana) türk əsilli avstriyalı futbolçusu Yusuf Demiri bir illik icarəyə götürüb.

Sfera.az xəbər verir ki, bu haqda Kataloniya klubunun saytı məlumat yayıb. Açıqlamada "Barselona”nın futbolçunu sonradan 10 milyon avro təzminat müqabilində birdəfəlik satınalma hüququna malik olduğu da bildirilib.

18 yaşlı Yusuf Demir yeni mövsümdən "Barselona”nın B komandasında oynayacaq.

Hücumameylli yarımmüdafiəçi olan Yusuf Demir yetirməsi olduğu "Rapid”də ötən mövsüm 38 rəsmi matçda meydana çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini edib. Türkiyə deyil, Avstriya yığmasında oynamağı seçən Y.Demir milliyə 1 dəfə çağırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR