Logo

UEFA korrupsiyada ittiham olundu

UEFA korrupsiyada ittiham olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsveçli keçmiş referi Yunas Eriksson UEFA-nı nəhəng turnirlərin həlledici matçlarına hakim seçimində korrupsiyaya yol verməkdə ittiham edib.

Sfera.az xəbər verir ki, isveçli ədalət təmsilçisi seçim zamanı dostluq və milliyyətçiliyin də həlledici rol oynadığını bildirib.

Erikssonun fikrincə, bu, çirkin, siyasi və saxta addımdır: "Ən yaxşı nəticələri göstərən, ən yüksək reytinq toplayan və ya birinci yeri tutanlar heç də hər zaman etimad qazanmırlar. Bu dəfə turnirin ən yaxşı baş hakimi heç bir səhvi olmadan evinə göndərildi. Bu qərar UEFA-nın ali rəhbərliyi tərəfindən qəbul edilib və Avropa çempionatındakı nəticələrlə heç bir əlaqəsi yoxdur. Lazımi əlaqələrə, ən yüksək siyasi dəstəyə malik olan və ya mühüm ölkələrdən gələn hakimlər isə oyunlara təyinat almağa davam edirlər".

Qeyd edək ki, Avropa çempionatında ilk finalçı İtaliya olub. Digər finalçı bu gecə İngiltərə - Danimarka matçının nəticəsinə əsasən müəyyənləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR