Futbol matçında atışma: 4 azarkeş öldü

09:50 / 06.07.2021
1602
Meksikanın Kuernavaka şəhərində (Morelos ştatı) yerli komandaların oyunu zamanı naməlum şəxslər tamaşaçılara silahdan atəş açıblar.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "El Universal” nəşri yayıb. Mənbə bildirir ki, insident zamanı azarkeşlərdən 4-ü ölüb, 3-ü yaralanıb.
Qatillərin stadiona üç motosikletlə gəldikləri deyilir. Sonra tamaşaçılara atəş açdıqdan sonra uzaqlaşıblar.
Polis araşdırıb ki, silahlılar narkotik qruplaşmanın üzvləri olub.