Logo

Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq

Tokio-2020-də yenilik: Rüstəm Orucov bayrağı tək daşımayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə hər ölkənin iki bayraqdarı olacaq.

Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov yerli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı həm kişi, həm də qadın idmançılar yerinə yetirəcək.

Bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyinin təmin olunması məqsədilə "Tokio-2020"də tətbiq edəcəyi yeniliklərdən biridir.

Qeyd edək ki, Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarındakı bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq. Hələlik qadın bayraqdarın adı açıqlanmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR