Logo

“Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlandı

“Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çempionlar Liqasının "Neftçi” – "Dinamo” oyununun hakimləri açıqlanıb.

Sfera.az xəbər verir ki, I təsnifat mərhələsinin cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması "Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR