Logo

Gənc cüdoçularımızdan daha 2 medal

Gənc cüdoçularımızdan daha 2 medal
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.

Sfera.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan cüdoçuları 2 bürünc medal qazanıblar.

Elcan Hacıyev (81 kq) və Ruslan Nəsirli (100 kq) Portuqaliyadakı yarışı 3-cü yerdə başa vurublar.

Beləliklə, milli komandamız Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb.

Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl və Nəriman Mirzəyev (66 kq) bürünc medala layiq görülmüşdü.

Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR